Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır

Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır
# 18 dekabr 2023 14:04 (UTC +04:00)

Avtobusların hərəkət sürətinin artırılması üçün ayrılmış zolaqlar şəbəkəsi hazırlanır. Bakıda ilk ayrılmış xətlər hərəkət müddətinin 24 faiz azaldığını göstərdi. Atatürk prospekti üzrə hərəkət müddəti -28 faiz qısaldıldı, artırılmış orta sürət isə +41 faiz olub.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

A.Rzayev qeyd edib ki, Rəşid Behbudov küçəsi üzrə hərəkət müddəti -38 faiz qısaldılıb, artırılmış orta sürət isə +60 % olub: "Bundan başqa, Q.Qarayev prospekti, "Koroğlu" metrostansiyası, Məhəmməd Hadi küçəsi üzrə qısaldılmış hərəkət müddəti -16 faiz, artırılmış orta sürət isə +20 faiz olub. M.Useynov küçəsi üzrə qısaldılmış hərəkət müddəti -44%, artırılmış orta sürət isə +129% olub".

"Ə.Rəcəbli küçəsi üzrə qısaldılmış hərəkət müddəti
-10%, artırılmış orta sürət isə +12% olub", - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR