Aydın Kərimov: Şuşada 1 saylı orta məktəb yaxın zamanda fəaliyyətə başlayacaq

Aydın Kərimov: Şuşada 1 saylı orta məktəb yaxın zamanda fəaliyyətə başlayacaq
# 19 oktyabr 2023 15:42 (UTC +04:00)

Yaxın zamanda Şuşada 960 nəfərlik 1 saylı orta məktəb fəaliyyətə başlayacaq.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" panelində çıxışı zamanı bildirib.

"190 çarpayılıq mərkəzi xəstəxana artıq inşa olunmaqdadır. Gələn ilin birinci rübündə artıq istifadəyə veriləcək. Real məktəbi Şuşanın ən böyük abidəsidir. Həmin bina ilə bağlı unikal layihə həyata keçirilməkdədir", - deyə Aydın Kərimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR