Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait 67% artıb - Siyahı

Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait 67% artıb - Siyahı
# 24 avqust 2023 16:27 (UTC +04:00)

2023-cü ilin yanvar-iyun aylarında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 529.9 min manat vəsait sərf edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 67.4% və ya 674 milyon 645 min manat çoxdur. 2022-ci ilin ilk 6 ayında azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 999 milyon 879.3 min manat vəsait yönəldilib.

Qeyd edək ki, ən çox vəsait Kəlbəcər (344 milyon 611 min manat) , Laçın (328 milyon 972 min manat) və Füzuli (314 milyon 737 min manat) rayonlarına ayrılıb.

Azad edilmiş rayonlar 2022-cü il I yarısı min manat 2023-ci il I yarısı min manat
Ağdam 72638,3 134678,8
Füzuli 170945,6 314737,7
Xocavənd 38876,2 34603,7
Şuşa 51298,6 154999,2
Cəbrayıl 218092,4 138505,2
Kəlbəcər 84758,5 344611,7
Qubadlı 63574,2 67651,6
Laçın 107896,6 328972,3
Zəngilan 191798,9 155769,7
Xocalı - 38.1
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR