Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı mədəni əlaqələr müzakirə edilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və Argentinaya dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə toxunulub.