AZAL-ın Bakı-Milan reysi üzrə hərəkət edən təyyarəsi məcburi eniş edib

AZAL-ın Bakı-Milan reysi üzrə hərəkət edən təyyarəsi məcburi eniş edib
# 18 yanvar 2024 14:27 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, "Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR