AZAL Pekin istiqamətində uçuşlara başlayıb - FOTO

AZAL Pekin istiqamətində uçuşlara başlayıb  - FOTO
# 20 dekabr 2023 10:23 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Pekin istiqamətində birbaşa reysini uğurla həyata keçirib. AZAL-ın təyyarəsi dekabrın 19-da Bakı vaxtı ilə saat 19:40-da Bakıdan Çinin paytaxtına doğru havaya qalxıb və dekabrın 20-də yerli vaxtla saat 06:50-də Pekində eniş edib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, reysin təntənəli qarşılanma mərasimində aviaşirkətin nümayəndələri, Azərbaycanın və Çinin diplomatları və qonaqları, o cümlədən Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak ediblər.

Tədbirdə bu marşrutun iki ölkə arasındakı iqtisadi, siyasi, mədəni və turizm əlaqələrinin inkişafında əhəmiyyəti vurğulanıb.

Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiqindən, AZAL-ın kassalarından və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR