Sumqayıtda yataqxanada yanğın olub, xəsarət alan var

Sumqayıtda yataqxanada yanğın olub, xəsarət alan var
# 26 iyul 2016 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda yataqxanada yanğın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri A.Vurğun küçəsindəki yataqxanada yaşayan Ağdam rayon sakini Eldar Səfərovun otağında yanğın baş verib. Nəticədə hamam otağında 20 kvm. sahə, su qızdırıcısı və paltaryuyan maşın yanıb, yanıq xəsarəti alan E.Səfərov xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR