BSU-da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı tədbir keçirilib

BSU-da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı tədbir keçirilib
# 08 noyabr 2016 10:45 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq” mövzusunda tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tələbə Həmkarlar Təşkilatının (THT) təşəbbüsü ilə baş tutan tədbirin əvvəlində erməni təcavüzkarları tərəfindən faciəvi şəkildə qətlə yetirilmiş Xocalı qurbanlarının görüntülərini əks etdirən slayd nümayiş etdirilib. Tərcümə fakültəsinin tələbələri BSU-da təhsil alan əcnəbi tələbələri ingilis və rus dillərində Qarabağ müharibəsi və erməni separatizmi barədə məlumatlandırıblar.

Sonra BSU-nun tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova tədbirin məqsədinin əcnəbi tələbələri Qarabağ həqiqətləri ilə tanış etmək olduğunu bildirib. THT-nin sədr müavini Orxan Səfərov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda bu tədbiri mühüm addım kimi qiymətləndirib. Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində həyata keçirilən geniş layihələrdən söz açıb. Pedaqoji fakültənin dekanı Flora Naciyeva və Əcnəbi tələbələrlə iş üzrə dekan Ülviyyə Məmmədova tolerantlıq və multikulturalizm mərkəzi sayılan Bakı Slavyan Universitetində Azərbaycan həqiqətlərinin əcnəbi tələbələrə çatdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Tədbirin davamında söz BSU-da təhsil alan əcnəbi müəllim və tələbələrə verilib. Pakistanlı Hüseyn Sabir və İnam Şeyxullah, polşalı müəllim Katazyna Dimitruk, Küveytdən olan tələbə Yasir Ceiryan Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını və bu mübarizədə qalib gələcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR