SOCAR Türkiyədəki investisiya portfelinin həcmini 18 mlrd. dollara çatdırır - YENİLƏNİB

SOCAR Türkiyədəki investisiya portfelinin həcmini 18 mlrd. dollara çatdırır - <span style="color: red;">YENİLƏNİB
# 10 oktyabr 2016 13:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR tərəfindən "Petrol Ofisi A. Ş."-yə məxsus Aliağa terminalının alınması ilə şirkətimizin Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 18 mlrd. dollara çatacaq. "APA-Economics" xəbər verir ki, bunu "SOCAR Turkiye Enerji A. Ş."-nin İdarə Heyətinin sədri Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, SOCAR Türkiyə tarixində birbaşa investisiya yatıran ən iri investor ünvanını əldə etməklə qürur duyur: "Bu investisiyalar bizim qardaş ölkəyə olan inamımızdan irəli gəlir. Terminalın tutumu 200 min kubmetr təşkil edir. Gələcəkdə tutumu 700 min kubmetrədək artırmaq mümkün olacaq. Bundan başqa, terminalda əlavə olaraq 45 min kubmetrlik LPG üçün saxlanc var. Terminal 2012-ci ildə təməli qoyulan və 2018-də istismara veriləcək STAR neft emalı zavodu üçün depo və nəqletmə məntəqəsi kimi istifadə olunacaq. Bu layihə öncədən planlaşdırılmış logistika strategiyasının tərkib hissəsidir".

*** SAAT 15:14

Bakı - APA-Economics. "Petrol Ofisi A. Ş."-nin Türkiyənin İzmir şəhərində yerləşən Aliağa terminalının SOCAR-ın strukturuna daxil olan beynəlxalq investisiya qrupuna satılacağı ilə bağlı razılıq əldə olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Petrol Ofisi A. Ş."-nin səhmdarı olan Avstriyanın "OMV Group" şirkətinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, razılaşma bu ilin sonunadək rəsmiləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR