“Qafqaz və böyük türk imperiyaları” adlı kitabın müzakirəsi keçirilib

“Qafqaz və böyük türk imperiyaları” adlı kitabın müzakirəsi keçirilib
# 29 yanvar 2013 14:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Tarixçiləri İctimai Birliyinin və “3-rd view” informasiya-analitik agentliyinin təşkilatçılığı ilə “Qafqaz və böyük türk imperiyaları” adlı kitabın təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimatda həmçinin türk xalqlarının Qafqazdakı rolu ilə bağlı acıq diskussiya təşkil olunub.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri və “3-rd view” informasiya-analitik agentliyinin baş redaktoru Rauf Rəcəbov bildirib ki, tədbir Gülüstan sülh müqavilənin imzalanmasının 200 iliyinə həsr olunan silsilə tədbirlərin birincisidir. Türklərin Qafqazdakı rolundan danışan R.Rəcəbov kitabda bu mövzuya geniş yer verildiyini bildirib.

Tarixçi alim Rauf Hüseynzadə müəllifi olduğu kitab haqqında danışaraq deyib ki, əsər mütəxəssislər üçün metodiki vəsait kimi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

BDU-nun professoru, kitabın həmmüəllifi Nərgiz Axundova isə kitabın çox aktual mövzuya həsr olunduğunu və dərsliklərin hazırlanmasında da böyük rolu olacağını deyib. Daha sonra tədbir diskussiya şəkilində davam etdirilib və Azərbaycan tarixi sahəsində olan əsərlərdəki problemlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR