Venesuelada baş verən iğtişaşlar nəticəsində 30 nəfər saxlanılıb

Venesuelada baş verən iğtişaşlar nəticəsində 30 nəfər saxlanılıb
# 16 aprel 2017 01:07 (UTC +04:00)

Venesuelanın Los-Tekes şəhərində etiraz aksiyası iğtişaşlarla nəticələnib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ən azı 30 nümayişçi saxlanılıb.

 

Aprelin 12-də ölkənin şimal-qərbindəki Lara ştatında etiraz aksiyaları zamanı 5 nəfər ölüb, 10-dan çoxu yaralanmışdı.

 

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir.  Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR