Ötən il sahibkarlara verilən kreditlərin 86%-i aqrar sektorun inkişafına yönəldilib

Ötən il sahibkarlara verilən kreditlərin 86%-i aqrar sektorun inkişafına yönəldilib
# 12 yanvar 2016 10:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin ilkin yekunlarına görə ölkə sahibkarlarına dövlət büdcəsinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları üzrə kredit portfeli 1 mlrd. 15 mln. manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondu üzrə 945,0 mln. manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti üzrə 70 mln. manat təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə ölkə başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunan iclasda maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, ötən il həmin mənbələrdən və dövlət büdcəsindən ayrılmış vəsait hesabına 5243 sahibkara 249 mln. manat məbləğində güzəştli kredit verilib.

Verilən kreditlərin 40%-i və yaxud 100 mln. manatı dövlət büdcəsindən, 60%-i və yaxud 149 mln. manatı isə kredit portfelinin vəsaiti hesabına, yəni, qaytarılmış kreditlər hesabına olub.

Bütövlükdə ayrılan güzəştli kreditlərin 85,6%-i aqrar sektorun, 14,4%-i müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

Bununla yanaşı, 2015-ci ildə 5160 sahibkara 56 mln. manat məbləğində kiçik həcmli güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR