Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində əməkdaşlığı inkişaf etdirir - FOTO

Azərbaycan və Türkiyə aeronaviqasiya sahəsində əməkdaşlığı inkişaf etdirir - FOTO
# 18 avqust 2023 16:48 (UTC +04:00)

Avqustun 18-də İstanbulda “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsi (DHMİ) Avropa və Asiya arasında aeronaviqasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə SOCEA aeronaviqasiya xidməti təminatçılarının Aeronaviqasiya Təhlükəsizliyinin Əlaqələndirilməsi üzrə regional platformanın yaradılması haqqında müqavilə imzalayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, SOCEA platformasının yaradılmasının təşəbbüskarları kimi AZAL və DHMİ cıxış edir.

Müqavilə AZAL-ın “Azəraeronaviqasiya” HHİ-nin direktoru Fərhan Quliyev və Türkiyənin DHMİ-nin baş direktoru Hüseyn Keskin tərəfindən imzalanıb.

Bu müqavilə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq proqramı çərçivəsində AZAL və DHMİ arasında əməkdaşlığın nəticəsidir. O, regionda uçuşların təhlükəsizliyini və iki ölkənin aviasiya sahəsində əməkdaşlığını təmin etmək təşəbbüsünü vurğulayır.

SOCEA beynəlxalq aeronaviqasiya əməkdaşlıq platforması uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə regional strategiyanın işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin Türkiyə və Azərbaycanın təsisçiləri və ilk üzvləri olduğu regionda aeronaviqasiya xidməti provayderləri arasında əməkdaşlığın təşviqi üçün nəzərdə tutulub.

SOCEA, həmçinin regionda hava hərəkətinin təşkili üzrə təhlükəsizliyin idarəedilməsi sistemlərinin və regional səviyyədə uçuş təhlükəsizliyinin idarə olunması üçün risklərin qiymətləndirilməsi yanaşmasının səmərəli tətbiqinə, eləcə də sənayenin rəqəmsallaşdırılması prosesinin modernləşdirilməsinə və standartlaşdırılmasına töhfə verəcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR