Azərbaycan və Ukrayna avtomobil daşımalarında əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan və Ukrayna avtomobil daşımalarında əməkdaşlığı müzakirə edib - FOTO
# 17 sentyabr 2021 13:51 (UTC +04:00)

Azərbaycanla Ukrayna arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, eyni zamanda "İcazə blank"larının hər iki ölkənin yükdaşıyıcılarının tələbatını nəzərə alaraq bölgüsünün təmin edilməsi müzakirə edilib.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan məsələlərə Kiyev şəhərində ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Ukrayna Qarışıq Komissiyası”nın növbəti iclası zamanı baxılıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinə DANX-ın rəisi Həbib Həsənov, Ukrayna nümayəndə heyətinə İnfrastruktur Nazirliyinin Nəqliyyat Daşımaları və Təhlükəsizlik Departamentinin Avtomobil Daşımaları İdarəsinin rəhbəri Katerina Onişenko rəhbərlik edib.

Tərəflər daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi apararaq sonda müvafiq Protokol imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR