Azərbaycana investisiya qoyuluşu 37%-dən çox artıb

Azərbaycana investisiya qoyuluşu 37%-dən çox artıb
# 13 fevral 2024 12:49 (UTC +04:00)

2024-cü ilin yanvar ayında əsas kapitala 1 553 milyon manat məbləğində, yaxud əvvəlki ilin yanvar ayı ilə müqayisədə 37,4% çox vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 44,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 34,1% artıb. İstifadə olunmuş vəsaitin 707,3 milyon manatı və ya 45,5%-i məhsul istehsalı sahələrinə, 782,6 milyon manatı (50,4%-i) xidmət sahələrinə, 63,1 milyon manatı (4,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1284,3 milyon manatını və ya 82,7%-ni daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1167,7 milyon manatı və ya 75,2%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR