Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar kəskin artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımalar kəskin artıb
# 15 sentyabr 2021 10:27 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 687,2 min və ya illik müqayisədə 39,9% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, daşımaların 99,3%-i dövlət, 0,7%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə sözügedən nəqliyyat növü ilə yükdaşıma 15,1% artaraq 318,9 min ton təşkil edib.

Qeyd edək ki, hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının artımı pandemiya səbəbindən bağlanan aviareyslərin qismən bərpa olunması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR