Azərbaycanda "Instagram" istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda "Instagram" istifadəçilərinin sayı açıqlanıb
# 15 dekabr 2021 11:02 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 1,3% artıb.

"APA-Economics"in əldə etdiyi məlumata görə, dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708 400 nəfər artıb.

İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588 600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411 400 nəfərlə liderlik edir.

Qeyd edək ki, hazırda dünya üzrə aktiv "Instagram" istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR