“Azəriqaz”: Qazlaşdırma işləri növbəti illərdə də davam etdiriləcək

“Azəriqaz”: Qazlaşdırma işləri növbəti illərdə də davam etdiriləcək
# 11 avqust 2023 12:43 (UTC +04:00)

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 90 yaşayış məntəqələrində və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi işlər aparılır.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, daha 50 kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə ilin sonuna kimi start verilməsi nəzərdə tutulub.

Şöbə müdiri onu da qeyd edib ki, bu ilin sonuna kimi respublika üzrə 140-145 yaşayış məntəqəsinin və yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb.

Teymur Cəfərov onu da əlavə edib ki, hazırda ölkə ərazisində qazlaşdırma səviyyəsi 96,3% təşkil edir. Bunun kifayət qədər yüksək göstərici olmasına baxmayaraq, ölkədə qazlaşma işlərinin aparılması növbəti illərdə də dava etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR