Bakı metrosundan istifadə edənlərin sayı 21% artıb

Bakı metrosundan istifadə edənlərin sayı 21% artıb
# 18 yanvar 2022 17:48 (UTC +04:00)

Ötən il "Bakı Metropoliteni" 90,2 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 74,7 mln. nəfər olub.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərinin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR