Bakı sakinlərinin nəqliyyatla bağlı problemləri öyrənilib

Bakı sakinlərinin nəqliyyatla bağlı problemləri öyrənilib
# 18 dekabr 2023 14:16 (UTC +04:00)

"Bakı sakinləri arasında aparılan sorğunun nəticəsi olaraq əsas narazılıqların nədən ibarət olduğunu öyrəndik. Günün pik vaxtlarında qatarlarda sıxlığın olması, günün pik olmayan saatlarında isə intervalın çox böyük olması, stansiyaların təyinat məntəqəsindən uzaqlığı Bakı sakinləri arasında əsas narazılıq yaradan nüanslardan olub".

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı “Səfər şablonları və nəqliyyat seçimi meyarları haqqında" Bakı sakinləri ilə aparılan 8000-dən çox müsahibənin nəticələrini açıqlayarkən deyib.

A.Rzayev sakinlər arasında aparılan sorğunun nəticəsi kimi nəqliyyatın digər növlərində mövcud olan problemləri də açıqlayıb: “Sakinlər arasında aparılan sorğunun nəticəsi kimi bəlli olub ki, qeydiyyatsız taksilərin sayının çox olması, avtomobillərin texniki vəziyyətinin pis olması, çox köhnə avtomobillərin olması da narazılıqların əsas səbəblərindən olub”.

“Bundan başqa, Bakı sakinlərinin fikrincə piyada keçidlərinin olmaması, yol kəsişməsində maneələr, pik saatlarda və günün digər zamanlarında avtobusların sayının az olması, onların ölçüsünün kiçik olması, velosiped infrastrukturunun olmaması, şəhərin mərkəzində velosiped yollarının çatışmazlığı da əsas problemlərdəndir”, - deyə o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR