Bakıdan Ağstafaya gündə iki sürətli qatarın buraxılması, Qəbələyə isə qatarın gündəlik yola çıxması planlaşdırılır

Bakıdan Ağstafaya gündə iki sürətli qatarın buraxılması, Qəbələyə isə qatarın gündəlik yola çıxması planlaşdırılır
# 07 avqust 2023 13:28 (UTC +04:00)

Bakı-Ağstafa-Bakı marşrutu üzrə gündəlik olaraq iki ədəd sürətli sərnişin qatarının buraxılması mümkün olacaq.

Bunu “APA-Economics”ə müsahibəsində ‘’Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov bildirib.

“Bu ilin sonunda çox güman ki, ADY tərəfindən sifariş verilmiş “Stadler Rail Group” istehsalı olan 4 ədəd yeni “FLIRT” markalı dizel qatarları ölkəmizə gətiriləcək. Lakin onların istismara verilməsi 2024-cü ilin əvvəlinə planlaşdırılır. Yəni, Bakı-Ağstafa-Bakı marşrutu üzrə gündəlik olaraq 2 ədəd sürətli sərnişin qatarının buraxılması mümkün olacaq. Eyni zamanda, Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarının həftənin 7 günü yola çıxması da planlaşdırılır”, - Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, yeni qatarlar ölkəyə gətirildikdən sonra Abşeron Dairəvi dəmir yolu marşrutuna əlavə qatarların verilməsi mümkün olacaq ki, bu da öz növbəsində mövcud sıxlığın aradan qaldırılmasına əlavə imkanlar yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR