Bakının iki küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib

Bakının iki küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib
# 31 oktyabr 2023 17:33 (UTC +04:00)

Nərimanov rayonu Sabit Rəhman küçəsi - Xan Şuşinski küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

"APA-Economics" Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, dəyişikliyə əsasən Xan Şuşinski - Sabit Rəhman küçələrinin kəsişməsindən Azadlıq prospekti - Sabit Rəhman küçəsinin kəsişməsinə qədər iki tərəfli yol bir tərəfli təşkil edilib. Azadlıq prospektindən Sabit Rəhman küçəsinə giriş qadağandır nişanı vurulub.

Eyni zamanda Xan Şuşinski küçəsi - Maqsud Əlizadə küçəsinin kəsişməsində də hərəkətin təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən Xan Şuşinski - Maqsud Əlizadə küçəsinin kəsişməsindən Azadlıq prospekti - Maqsud Əlizadə küçəsinin kəsişməsinə qədər olan yolun istiqaməti bir tərəfli təşkil edilib.

Xan Şuşinski küçəsindən Maqsud Əlizadə küçəsi ilə Azadlıq prospekti istiqamətinə giriş qadağandır nişanı quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR