Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclasında qəbul edilən qərara əsasən "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazəsinin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, MBNP "Poçt haqqında" qanunun 13-4.5.4-cü maddəsinə əsasən "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazəni ləğv edib.