Azərbaycan transsərhəd əməkdaşlığının kağızsız baş tutmasını dəstəkləyir.
“APA-Economics” xəbər verir ki, bunu SPECA İqtisadi Forumunda çıxışı zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin (RİNN) aparat rəhbəri Bəxtiyar Məmmədov deyib.
B. Məmmədov əlavə edib ki, rəqəmsal platforma transnəqliyyatın inkişafına təsir edən amildir.
Onun sözlərinə görə, Azərbaycan yüklərin izlənilməsi marşrutların nəzarət altında saxlanmasında maraqlıdır. O Azərbaycanın artıq Özbəkistanla elektron TIR layihəsini reallaşdırdığını qeyd edib.