Bu ay Orta Dəhlizlə Çin mənşəli mallarla yüklənmiş 9 blok qatarı keçəcək

Bu ay Orta Dəhlizlə Çin mənşəli mallarla yüklənmiş 9 blok qatarı keçəcək
# 12 yanvar 2024 12:50 (UTC +04:00)

Əldə olunmuş razılaşmaya əsasən Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində cari ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır.

“Azərbaycan Dəmir Yolların” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, Çin mənşəli yüklərin Azərbaycana idxal olunması yerli sahibkarlığın inkişafına , o cümlədən tranzitt yüklərin Orta Dəhlizə təkrar qayıtması yeni yüklərin dəhlizə cəlb edilməsinə geniş imkanlar yaradacaq.

ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda "Middle Corridor Multimodal Ltd." adlı birgə müəssisəni yaradıb.

Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR