Bu il əhalinin taksidən istifadə sayı 63 milyonu ötüb

Bu il əhalinin taksidən istifadə sayı 63 milyonu ötüb
# 11 oktyabr 2023 17:27 (UTC +04:00)

Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 mln. ton yük, 1200,2 mln. sərnişin daşınıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 18,4% artım qeydə alınıb.

Sərnişinlərin 94,7%-i avtobus, 5,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 5%, sərnişin dövriyyəsi isə 18% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR