Nazim İbrahimov və NGBM İdarə Heyətinin digər üzvləri Latviya Prezidenti Raymonds Veyonis ilə görüşəcək

Nazim İbrahimov və NGBM İdarə Heyətinin digər üzvləri Latviya Prezidenti Raymonds Veyonis ilə görüşəcək
# 30 avqust 2016 15:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Sentyabrın 2-də Latviya Prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edəcək. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzin işi, gələcək fəaliyyət planları, həyata keçiriləcək yeni layihələr, həmçinin əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə ediləcək, 2017-ci ildə keçirləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Mərkəzin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin digər həmsədri, İsgəndəriyyə Kitabxanısının direktoru İsmail Seragəldin, Təşkilatın İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Latviyanın eks-prezidenti Valdis Zatlers və başqaları iştirak edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan səfər çərçivəsində nümayəndə heyətinin Latviya parlamentində də digər dövlət qurumlarında görüşlər keçirməsi planlaşdırılıb.

Latviya hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq artıq bir neçə ildir davam edir. 2015-ci ilin may ayında Riqada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına həsr olunan Ali səviyyəli toplantısı keçirilib və ölkəyə o dövrdə rəhbərlik edən Andris Berzinış və Baş nazir Laymdota Strayuma Mərkəzin üzvlərini qəbul edib. Raymonds Veyonis 2015-ci ilin iyunundan Latviya Respublikasının dövlət başçısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR