Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Xızıda yük maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
# 30 mart 2017 10:25 (UTC +04:00)

Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 29-da saat 17.00 radələrində Xızı rayonunun Yaşma kəndində Türkiyə vətəndaşı Uyğun Ahmed Kadırın idarə etdiyi MAN və Şabran şəhər sakini Tərlan Dadaşovun idarə etdiyi VAZ-21063 markalı avtomobillər toqquşub.

 

Nəticədə T. Dadaşov hadisə yerində ölüb, iki sərnişini isə xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR