"Anglo Asian Mining" ötən il qızıl satışından 74 mln. manatdan çox gəlir əldə edib

"Anglo Asian Mining" ötən il qızıl satışından 74 mln. manatdan çox gəlir əldə edib
# 14 yanvar 2016 11:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanın Gədəbəy rayonunda yerləşən yataqlardan hasil edilən qızıl və gümüşün həcmi açıqlanıb.

"APA-Economics"in "Anglo Asian Mining" şirkətinin hesabatına istinadən verdiyi məlumata görə, 2015-ci ilin IV rübü ərzində Gədəbəyin yataqlarından şirkət tərəfindən 17 930 unsiya qızıl hasil edilib. Bununla da ötən il istehsal olunan qızılın həcmi 72 033 unsiyaya çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 19,49% çoxdur. Qeyd edək ki, bu ilin I rübündə sözügedən yataqlardan 17 193, II rübündə 18 745, III rübündə 18 164 unsiya qızıl istehsal edilib.

Məlumata görə, ötən ilin IV rübündə 335 ton mis, 17 710 unsiya gümüş istehsal olunub. İl ərzində isə 28 626 unsiya gümüş, 969 ton mis hasil olunub. Başqa sözlə, 2014-cü illə müqayisədə gümüş istehsalı 8% azalıb, mis istehsalı isə 24% artıb.

Bildirilib ki, bu ilin IV rübündə 15 759 unsiya qızıl satılıb ki, bunun da hər unsiyasının orta qiyməti 1 108 dollar təşkil edib. Bu il ərzində hər unsiyası orta hesabla 1 161 dollar olmaqla, ümumilikdə 63 924 unsiya qızıl satılıb. Başqa sözlə, şirkət qızıl satışından 74 215 764 ABŞ dolları gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR