Aralıq dənizində bir gündə 2000-dən çox miqrant xilas edilib

Aralıq dənizində bir gündə 2000-dən çox miqrant xilas edilib
# 15 aprel 2017 03:39 (UTC +04:00)

Aprelin 14-də Aralıq dənizində silsilə əməliyyatlar nəticəsində  2000-dən çox miqrant xilas edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, gün ərzində, ümumilikdə, 19 xilasetmə əməliyyatı keçirilib.  

 

“Sərhədsiz həkimlər” təşkilatının məlumatına görə, qayıqlardan birində ölmüş yeniyetmənin cəsədi aşkarlanıb.

 

“Frontex” agentliyinin məlumatına görə, 2016-cı ildə qeyd olunan marşrutla Avropaya 180 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il ərzində ölən və itkin düşən miqrantların sayı 5 mindən çox olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR