Faşizm üzərində qələbənin 72 illiyi Binəqədi rayonunda qeyd edilib

Faşizm üzərində qələbənin 72 illiyi Binəqədi rayonunda qeyd edilib
# 09 may 2017 10:23 (UTC +04:00)

Binəqədi rayonunda faşizmi üzərində qələbənin 72 illiyi münasibətilə tədbir keçirilib.

 

Binəqədi Rayon İcra Hakimiyyətindən (RİH) APA-ya bildirilib ki, tədbirə başçının birinci müavini İlqar Süleymanov, Aparatın şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Böyük Vətən Müharibəsi Veteranları (BVM) İB-nin rayon şöbəsinin sədri Telman Hətəmov və Böyük Vətən Müharibəsi iştirakçıları qatılıblar.

 

İlqar Süleymanov İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz xidmətlər göstərdiyini deyib, azərbaycanlıların ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqdan danışıb. O bildirib ki, məhz Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 May - Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edilib, prezident İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb.

 

Digər çıxışçılar və veteranlar müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR