Gələn ilin birinci yarısında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştli şərtlərlə satışına başlayacaq.
MİDA-dan “APA-Economics”ə verilən məlumata görə, Xəzər dənizi sahilindən 2 km məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir: “Gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır”.
11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2 962 ailəni mənzillə təmin edəcək.