"Rabitəbank"ın baş direktorlarının sayı altıya çatıb

"Rabitəbank"ın baş direktorlarının sayı altıya çatıb
# 10 aprel 2017 14:28 (UTC +04:00)

"Rabitəbank" ASC-nin rəhbərliyinə yeni təyinat baş tutub.

 

"APA-Economics" xəbər verir ki, Kənan Kərimov bankın baş direktoru vəzifəsinə təyin olunub. Bankir vəzifəsinin icrasına aprelin 4-dən etibarən başlayıb.

 

Bu təyinatla bankın baş direktorlarının sayı 6-ya çatıb.


K. Kərimov 1996-cı ildə Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının idarə edilməsi İnstitutunda mühəndis-proqramçı kimi əmək fəaliyyətinə başlayıb.

1998-ci ilin aprel ayından 2000-ci ilin  mart ayınadək "Marko Kompyuter Texnologis" şirkətində proqramçı kimi, 2000-2004 illərdə Vergilər Nazirliyində "Proqramlaşdırma" şöbəsində mühəndis kimi çalışıb.

2004-2009 illərdə “Azərtrans LTD” MMC, Dövlət Gömrük Komitəsində ixtisası üzrə işləyib.
 

2009-2012 illərdə "Bank VTB (Azərbaycan)" ASC-də İnformasiya Texnologiyaları idarəsinin rəisi kimi, 2012 - 2017 illərdə isə "NAB Holding" MMC-də İKT departamentinin müdiri, "Marko Komputer Texnologis" şirkətində texniki direktor vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR