Ağsuda avtomobil təmiri sexində yanğın olub

Ağsuda avtomobil təmiri sexində yanğın olub
# 26 avqust 2016 11:15 (UTC +04:00)

Bakı – APA. Ağsu rayonunda avtomobil yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Navahı kəndində baş verib.

 

Vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan avtomobil təmiri sexində təmirə dayanmış “VAZ 2106” markalı minik avtomobilinin salon hissəsi yanıb. Yanğından avtomobilin qalan hissəsi və təmir sexi mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR