Litva Seyminin beynəlxalq əlaqələr komitəsi qondarma “DQR”lə parlament dostluq qrupunun yaradılması qərarını şərh edib

Litva Seyminin beynəlxalq əlaqələr komitəsi qondarma “DQR”lə parlament dostluq qrupunun yaradılması qərarını şərh edib
# 18 mart 2013 13:46 (UTC +04:00)

Litva Seymində qondarma “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasını Seymin beynəlxalq əlaqələr üzrə komitəsindən APA-ya belə şərh ediblər.

Komitədən əlavə ediblər ki, Litva demokratik dövlətdir və ölkənin qanunverici orqanı bütün parlament üzvlərinə müxtəlif mövzular üzrə öz baxışlarını, fikirlərini bildirməyə imkan verir: “Seymin nizamnaməsi öz üzvlərinə qruplar yaratmağa imkan verir. Lakin, hər hansı bir və ya bir neçə üzvün bəyanatları və təşəbbüsləri Seymin rəsmi mövqeyini ifadə etmir. Həmçinin yuxarıda qeyd edilən qrupla və parlamentlərarası əlaqələr üzrə qrup arasında fərqlər var. Onların statusu Seymin nizamnaməsinin fərqli maddələr üzrə tənzimlənir. Həmin nizamnaməyə əsasən, beynəlxalq əlaqələr üzrə komitə qanun layihələri və xarici siyasətlə bağlı qanunverici aktları nəzərdən keçirdir və onlarla bağlı son qərarı verir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR