İyunda Azərbaycanda yeni "Elektron hərrac" sistemi istifadə veriləcək

İyunda Azərbaycanda yeni "Elektron hərrac" sistemi istifadə veriləcək
# 07 iyun 2019 11:49 (UTC +04:00)

Yaxın 10 gün ərzində Azərbaycanda yeni "Elektron hərrac" sistemi istifadəçilərin ixtiyarına veriləcək. Bunu APA-ya sözügedən layihənin rəhbəri Nurlan Həsənli deyib.

Onun sözlərinə görə, hazırda bu sistem test mərhələsindədir və beta versiyası birjanews.az saytında fəaliyyət göstərir.

"Hərrac iştirakçıları hərrac məkanına gəlmədən, məsafədən asılı olmayaraq, öz şəxsi kompüterlərini istifadə edərək əməliyyatları yerinə yetirə bilərlər. Bu hərraclarda həm Azərbaycan vətəndaşları həm də ölkə hüdudlarından kənarda yaşayan xarici vətəndaşlar da kart hesablarından ödəniş edib, iştirak edə bilərlər", - deyə N. Həsənli qeyd edib.

O həmçinin əlavə edib ki, hərracların elektronlaşması layihəsi Azərbaycan xammal və əmtəə birjası Azərbaycan Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR