Bakıda maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vuraraq öldürüb
# 23 avqust 2016 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda maşın yoldan keçən şəxsi vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də Səbail rayonunun Bibiheybət qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Çingiz Soltanov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR