Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə əlavə 20.7 milyon dollar ayrılıb

Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə əlavə 20.7 milyon dollar ayrılıb
# 26 avqust 2022 13:19 (UTC +04:00)

Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə əlavə 8,5 milyard dram (20,7 milyon dollar) ayrılıb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökuməti bu barədə avqustun 25-də qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.

Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR