“Laçın” tankeri ilə daşınan neftin həcmi açıqlanıb

“Laçın” tankeri ilə daşınan neftin həcmi açıqlanıb
# 13 dekabr 2023 11:23 (UTC +04:00)

İstismarda olduğu dörd il ərzində “Laçın” tankeri vasitəsilə 329 725,136 ton neft və neft məhsulları daşınıb.

Bu barədə “APA-Economics” Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, ilk milli tankerimiz “Laçın” 13 dekabr 2019-cu ildə istifadəyə verilib.

Qeyd edək ki, tanker Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilib. Gəminin uzunluğu 141, eni 16,9 metrdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR