Rusiya maliyyə naziri: “1998-ci ildəki vəziyyət təkrarlana bilər”

Rusiya maliyyə naziri: “1998-ci ildəki vəziyyət təkrarlana bilər”
# 13 yanvar 2016 12:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın maliyyə naziri Anton Siluanov 1998-ci ildə baş verən böhranın təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qaydar Forumunda çıxış edən nazir büdcədəki vəziyyətin nəzarətdən çıxacağı təqdirdə, onun mənfi nəticələrinin mümkünlüyü barədə danışıb: “Bizim hazırda vəzifəmiz büdcəni yeni reallıqlara uyğunlaşdırmaqdır. Əgər biz bunu etməsək, 98-99-cu illərdə olanlar baş verəcək. Sonra hökumətə daha sərt ssenari ilə plan qurmaq lazım gələcək. İqtisadi islahatlar həyata keçirmək üçün praktiki olaraq vaxt yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR