Nazir: "Azərbaycanın nəhəng layihələrinin reallaşdırması ölkənin tranzit potensialının gücləndirilməsinə xidmət edir"

Nazir: "Azərbaycanın nəhəng layihələrinin reallaşdırması ölkənin tranzit potensialının gücləndirilməsinə xidmət edir"
# 11 iyun 2019 10:39 (UTC +04:00)

Azərbaycan tərəfindən nəhəng regional layihələrinin reallaşdırılması nəqliyyat sektorunun inkişafına, ölkənin tranzit potensialının gücləndirilməsinə və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

"APA- Economics"in məlumatına görə, bunu 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib.

Onun sözlərinə görə, son illər ərzində ölkədə qeyri-neft sektorunun, əsasən də nəqliyyatın inkişafına xüsusi diqqət yetirilir.

“Fikrimcə, sərgi nəqliyyat sektorunun inkişafına və şirkətlər arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə R. Quluzadə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR