Nazir müavini: Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni daha da azaldacaq

Nazir müavini: Zəngəzur dəhlizi Azərbaycanla Türkiyə arasında məsafəni daha da azaldacaq
# 21 dekabr 2023 12:32 (UTC +04:00)

Zəngəzur dəhlizi ikili ticarət həcminin artmasında önəmli rol oynayacaq. Dəhlizin açılması Azərbaycanla Türkiyə arasında məsafəni daha da azaldacaq. Bu dəhliz bölgədəki ölkələrarası əlaqələrə də müsbət təsir edəcək.

APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan-Türkiyə İnvestisiya Forumu"nun panel çıxışı zamanı Türkiyə Respublikasının ticarət nazirinin müavini Özgür Volkan Ağar deyib.

O bildirib ki, Zəngəzur dəhlizi strateji bir layihədir: “Bununla Çindən Avropaya qədər coğrafiyada maneəsiz hərəkət, əlçatanlıq təmin olunacaq. Nəticədə, yük trafiki azalacaq, sürətli keçid təmin olunacaq və ticarətin həcmi artacaq. Bu dəhliz Orta Asiyada ticarətə müsbət təsir edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR