Novruzda Bakı–Qəbələ marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib

Novruzda Bakı–Qəbələ marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib
# 14 mart 2024 10:05 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar hər gün hərəkət edəcək.

ADY-dən "APA-Economics"ə verilən məlumata görə, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.

Səfərlər müasir "Stadler" qatarları ilə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR