Gəncədə Qələbə günü münasibəti ilə tədbir keçirilib

Gəncədə Qələbə günü münasibəti ilə tədbir keçirilib
# 09 may 2017 10:16 (UTC +04:00)

Gəncədə 9 May - faşizm üzərində qələbənin 72-ci ildönümünə həsr olunan tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbir Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun barelyefi önündə təşkil olunub. Mərasimə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, veteranlar, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri qatılıb.

 

Abidənin önünə əklil qoyulub. Gəncə Dövlət Dram Teatrının aktyorları Mir Cəlal Paşayevin “Ərik ağacı” əsəri əsasında səhnələşdirilən tamaşadan bir parça nümayiş etdiriblər.
 
Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov bildirib ki, hazırda 15 nəfər müharibə iştirakçısı var. Bu il 4 nəfər veteran dünyasını dəyişib. Arxa cəbhə iştirakçılarının sayı 71 nəfərdir.
 
Müharibə veteranları onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.
 
KİV nümayəndələri və şəhər sakinləri veteranlarla xatirə şəkilləri çəkdiriblər. Onların müharibə illəri ilə bağlı xatirələrini dinləyiblər. 
 
Qeyd edək ki, 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 16000 nəfər vuruşub. Onlardan 2000 nəfəri müharibədə həlak olub. ​

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR