Overçuk: Mehridən dəmir və avtomobil yollarının çəkilməsi Ermənistanın mövqeyindən asılıdır

Overçuk: Mehridən dəmir və avtomobil yollarının çəkilməsi Ermənistanın mövqeyindən asılıdır
# 21 oktyabr 2022 15:32 (UTC +04:00)

Bu gün Azərbaycan və İran sərhəddə iki ölkənin yollarını birləşdirəcək və Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında ən qısa və rahat gediş-gəlişi təmin edəcək körpülərin tikintisinə başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, Ermənistan ərazisindən, Mehridən keçən dəmir yolu və avtomobil yolunun çəkilməsi Ermənistanın özünün mövqeyindən asılıdır.

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında Ermənistan və ya İran ərazisindən keçən nəqliyyat əlaqələrinin açılması “Şimal-Cənub” və “Şərq-Qərb” əsas beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmələrinin yaradılmasında xüsusi rol oynayacaq”, - deyə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı Üçtərəfli Komissiyanın Rusiya tərəfdən həmsədri Moskvada keçirilən “Sdelano v Rossii” forumunda çıxışında vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR