Parklanma qiymətlərinə yenidən baxılması təklif olunub

Parklanma qiymətlərinə yenidən baxılması təklif olunub
# 20 oktyabr 2023 11:28 (UTC +04:00)

Azərbaycanda, xüsusilə də paytaxtda ən ağır problemlərdən biri tıxacdır. AzParking MMC əlçatan xidmət təklif edib, ancaq bu xidmət hələ də vətəndaşları qane etmir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzə deyib.

Deputat bildirib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır: “Uzun müddət parklanma edən vətəndaşlara güzəşt nəzərdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakinlərinin maşınlarına yer yoxdur”.

Naqif Həmzəyev həmçinin ölkəyə elektromobillərin gətirilməsinin yaxşı hal olduğunu xatırladıb: “Amma həmin avtomobillərin doldurulması üçün məntəqələrin tikintisində problemlər var. Sahibkarlara da bu məntəqələrin tikilməsinə şərait yaradılmır”.

Deputat həmçinin taksilərdə olan problemlərlə bağlı aidiyyəti qurumlarla dinləmələrin keçirilməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR