İspaniyada yaşayış evində partlayış baş verib, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

İspaniyada yaşayış evində partlayış baş verib, 1 nəfər ölüb, 10 nəfər yaralanıb
# 18 sentyabr 2016 10:58 (UTC +04:00)

Bakı-APA.  İspaniyada yaşayış evində partlayış baş verib.

 

APA-nın məlumatına görə, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

 

Hadisə yerli vaxtla saat 08.15 (Bakı vaxtı ilə 10.15) baş verib. Kataloniya Muxtar Vilayətinin Premiya-de-Mar qəsəbəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisə yerində yanğınsöndürmə briqadaları və xilasedicilər çalışır. Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR