"Qara dəniz-Xəzər logistika 2023” forumu keçiriləcək

"Qara dəniz-Xəzər logistika 2023” forumu keçiriləcək
# 26 avqust 2023 09:21 (UTC +04:00)

Sentyabrın 20-21-də Azərbaycan Dəniz Mühəndisliyi və İnşaat MMC (AMEC) tərəfdaşlığı və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) təşkilatçılığı ilə “Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur” forumu keçiriləcək.

"APA-Economics" xəbər verir ki, forumda müasir reallıqlar, logistika şirkətlərinin və yük sahiblərinin Qara dəniz və Xəzər dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadəsi və bu dinamikada yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafı məsələləri müzakirə ediləcək.

Həmçinin forum çərçivəsində Qara dəniz və Xəzər regionunun logistika sənayesinin peşəkarları ilə birlikdə cari bazar problemləri istiqamətində müzakirələr aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR