Qudyalçay üzərində sel sularının uçurduğu körpü istifadəyə verilib

Qudyalçay üzərində sel sularının uçurduğu körpü istifadəyə verilib
# 23 dekabr 2023 17:19 (UTC +04:00)

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Qudyalçay üzərində yenidən inşa olunan körpü istifadəyə verilib.

APA xəbər verir ki, uzunluğu 66, eni 14.5 metr olan iki aşırımlı yeni körpünün bu gün açılışı olub.

Avtomobil körpüsündə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər bir istiqamət üzrə piyada səkiləri inşa edilib, kənarlarına məhəccərlər quraşdırılıb. Körpünün istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavinləri Anar Oruclu və Bəxtiyar Osmanov, eləcə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin digər vəzifəli şəxsləri və əməkdaşları iştirak ediblər.

Qeyd edilib ki, yolda hərəkətin intensivliyi nəzərə alınaraq tikinti işləri fasilə verilmədən yüksək keyfiyyətlə icra olunub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və tikinti işləri cəmi 3 ay ərzində yekunlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR