Həmkəndlisini baltalayan Sabirabad sakininin apellyasiya şikayəti təmin edilməyib

Həmkəndlisini baltalayan Sabirabad sakininin apellyasiya şikayəti təmin edilməyib
# 17 noyabr 2015 16:28 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Sabirabadda həmkəndlisinə balta ilə xəsarət yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonu Kürkəndi kənd sakini Davudov Aqil Güloğlan oğlunun və daha 3 nəfər təqsirləndirilən şəxsin apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Etibar Camalovun sədrliyi ilə baxılıb.

Apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2014-cü ilin aprel ayında A. Davudov qisas zəminində həmkəndlisi, kriminal aləmdə “Löpüş” ləqəbi ilə tanınan Məmmədov Rövşən Yavər oğluna balta ilə xəsarətlər yetirib. O, çayxanada R. Məmmədovu yerə yıxıb, baltayla əl barmaqlarını doğrayıb, biləyini kəsib. Sonra isə gözünü çıxarıb. Çayxananı tərk edən A. Davudov polisə təslim olub.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 29, 120.2.4, 221.2.1, 221.3 maddələri ilə təqsirli bilərək Davudov Aqil Güloğlan oğlunu 13 il 6 ay, Həsənov Əlixan Nəzarət oğlunu 12 il 6 ay, Tağıyev Kamil İsmayıl oğlunu 12 il 6 ay və Davudov Raqil Güloğlan oğlunu 13 il müddətinə azadlıqdan məhrum edib. Adıçəkilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR